Tanınmış müğənni Sevda Yahyayeva ATV telekanalında yayımlanan 10LAR verilişinə müsahibə verib.
Avuqstun 9-da Yaşıl Teatr səhnəsində İtmiş ada adlı solo konserti ilə çıxış edən Yahyayeva konsertinə gəlməyən şəxsləri bağışlamayacağını söyləyib.
İfaçı konsertinə gəlməyən şəxslərin adını belə çəkməkdən imtina edib.
Həyatda mənə bir addım atana, 10 addım atıram. İnsan uman yerdən inciyər. Əgər mən onları özümə yaxın bilməsəydim, onların konsertimə gəlməməsi mənə təsir etməzdi. Hər halda oldu və bitdi. Bununla da, mən onlarla danışmamaq qərarına gəldim. Onlar məni istəmirlərsə əgər, mən onları dünəndən istəmirəm. Mən onları saydım, dəvət elədim, gəlmədilərsə gəlməsinlər. Əsas odur ki, mənim ürəyim istəyən şəxslər yanımda idi. Hansı ki, həmin insanlar daima konsertlərimdə, layihələrimdə yanımda olublar. Bax mən buna dostluq deyirəm.
7News.Az








