Sevgilisi tərəfindən yandırılan Əliəhəd Eyvazov ARB TV-də yayımlanan "Elgizlə izlə" verilişinə qonaq gəlib.
7News.Az BAKU.WS-ə istinadən xəbər verir ki, zərər çəkən şəxs efirdə baş verən hadisə ilə bağlı maraqlı məlumatlar açıqlayıb.
Əliəhəd bildirib ki, sevgilisinin xəyanət etdiyini bilib və qızı xəyanət edərkən tutub.
Bu hadisədən sonra Bərdəyə çağırılan Əliəhədin başına iş gəlib.
"Getdik evlərinə. Atası dedi ki, qızım, qonağımızın adına layiq süfrə hazırla. Qız gəldi, başımdan aşağı spirt tökdü və yandırdı", - Ə.Eyvazov baş verənləri danışarkən bildirib.
Qeyd edək ki, Ə.Eyvazov Natiq Məmmədovun qızını sevirmiş. N.Məmmədovun rayon ərazisində sahibkarlıqla məşğul olduğu deyilir.
Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılıb.








