RU
Sevdiyi qızın anasını öldürən müəllim özünü yandırdı
00:50
757

Sevdiyi qızın anasını öldürən müəllim özünü yandırdı

Şıxverdiyev 2012-ci ildə həbsxanadan azadlığa çıxıb.

Xəbər verdiyimiz kimi, bu gün Qusarın Uqur kəndində intihar hadisəsi baş verib.

7news.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, kənd sakini 1967-ci il təvəllüdlü Çingiz Şıxverdiyev 15:00 radələrində özünü yandıraraq həyatına son verib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının nümayəndələri bildirib ki, mərhum 15 il məhkumluq həyatı yaşayıb.

Verilən məlumata görə, kənd məktəbində bir vaxtlar dil-ədəbiyyat müəllimi işləyən Çingiz Şıxverdiyev 1998-ci ildə dərs dediyi şagirdi ilə evlənmək istəyib.

Lakin qızın anası buna mane olub. Elə buna görə də sevdiyi qızın anasını qətlə yetirən müəllim 15 illik həbs cəzasına məhkum edilib.

O, 2012-ci ildə azadlığa çıxıb. Hazırda intiharın dəqiq səbəbləri araşdırılır.

15.02.2015 20:45

Qusar rayonunda intihar faktı qeydə alınıb.

7news.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ukur kəndində qeydə alınıb.

1967-ci il təvəllüdlü Şıxbabayev Çingiz Şıxrəhim oğlu üzərinə benzin tökərək özünü yandırıb.

Onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, intihar edən şəxs 14 il məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ