RU
“Sevgi dünyası” adlısərgi təşkil olunacaq - Giriş sərbəstdir
21:25
518

“Sevgi dünyası” adlısərgi təşkil olunacaq - Giriş sərbəstdir

Fevralın 11-12 tarixlərində  saat 11-00-dan 20:00-dək  Park Bulvarda "Bacarıqlı Əllər Dünyası" İB-nin təşkilatçılığı və "Azərsun Holding” in dəstəyi ilə əlilliyi olan fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət satış sərgisi təşkil olunacaq .

Qeyd edək ki, " Bacarıqlı Əllər Dünyası " İB tərəfindən  bu qəbildən  olan çox saylı tədbirlər, sərgilər təşkil olunub. Bu sərgilərin keçirilməsində  əsas məqsəd əlilliyi olan fiziki məhdudiyyətli şəxslərin rifah halının yaxşılaşdırılması, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq və cəmiyyətin bu məsələyə diqqətini cəlb edərək onların cəmiyyətə inteqrasiyasına kömək etməkdir .



"Bacarıqlı Əllər Dünyası"
Mətbuat xidməti
 
 
7news.Az
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ