RU
Sevgilidən qisas aldı: hamısını zəhərlədi - VİDEO - FOTO
15:57
599

Sevgilidən qisas aldı: hamısını zəhərlədi - VİDEO - FOTO

Britaniyada Serena Reynoldson qeyri-rəsmi nikahda yaşadığı, sonra isə onu atıb gedən ərindən qisas almaq üçün onun bütün akvarium balıqlarını öldürüb.

7News.Az The sun-a istinadən bildirir ki, 35 yaşlı qadın sevgilisi Con Fitspatrikə video da ünvanlayıb. Videoda qadının akvariuma paltar ağardıcı məhlul tökərək balıqları əzabla öldürdüyü anlar əks olunub.

Ağardıcı suya qarışarkən balıqlar vurnuxur, sonra ölürlər.

Bu zaman Serena deyir: "Ölün, ölün, ölün! Con, sənin evdə saxladığın ilanı da öldürəcəyəm!"

Videonu mesaj qismində alan C.Fitspatrik məhkəməyə üz tutub.

Oksford Kral Məhkəməsinin qərarı ilə Serena Reynolds 18 həftə müddəttinə azadlıqdan məhrum olunub. Bundan başqa, S.Reynolds 15 gün ictimai işlərdə çalışmalı, C.Fitspatrik mənəvi ziyan və məhkəmə xərcləri qismində 415 funt-sterlinq ödəməlidir. Eyni zamanda qadına akvariumda balıq saxlamaq ömrünün sonunadək yasaqlanıb.


 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ