Ankarada ötən gün axşam saatlarında 16 yaşlı gənc qız ailəvi problemləri səbəbindən mübahisə etdiyi atasının boğazını kəsib.
7News.Az DHA-ya istinadən xəbər verir ki, Berfin Ö. (16) atası İlhami Ö.-nü (55) boğazından bıçaqlayaraq öldürüb.

İddiaya görə, mübahisə sonrası Berfin Ö. mətbəxdən götürdüyü bıçaqla atasına hücum edib. İlhami Ö.-nün həyat yoldaşı hadisə yerinə təcili yardım briqadası çağırsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Berfin Ö.-nü polislər saxlayıb. Qətllə bağlı istintaq başlayıb.
7News.Az








