Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi ilə birlikdə əri Kamran Mahmudovu güllələyib sonra doğrayaraq basdıran Lalə Mahmudova və Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb.
Dövlət ittihamçısı çıxış edərək S.Məmmədovun 20 il, L.Mahmudovanın isə 19 il müddətinə azadlıqda məhrum edilməsini istəyib.
Məhkəmə prosesi noyabrın 17-də davam etdiriləcək./qafqazinfo
7news.Az








