
7News.Az-ın zen.yandex.ru-ya istinadən verdiyi xəbərə görə, sevgilisinin ondan ayrılacağından, başqasıyla görüşəcəyindən qorxan gənc kalorili yeməklər bişirərək qıza yedizdirib. Özü vaxt etmədikdə isə, sevgilisini yağlı yeməklər hazırlanan restorana aparıb.
Beləliklə, Tayın çəkisi bir ilə 45 kiloqramdan 90 kiloqramadək artıb.

Yalnız bundan sonra Pen ona evlənmək təklifi edib.
Qız düşünmədən razılıq verib. Daha sonra hiyləgər plandan xəbər tutduqda incisə də, oğlana olan sevgisi qalib gəlib.

Hazırda o, arıqlamaq barədə heç düşünmür və hətta bundan sonra da ərinə bişirdiyi hər şeyi yeyəcəyinə dair söz verib.
7News.Az








