RU
Sevgilisinə illərlə işgəncə verən qız həbs edildi – FOTO
12:07
613

Sevgilisinə illərlə işgəncə verən qız həbs edildi – FOTO

Böyük Britaniyada ilk dəfə qadın məişət zorakılığında ittiham olunub. 

7news.Az İngiltərə mətbuatına istinadla xəbər verir ki, 22 yaşlı Cordan Bort ömrünün 7 il 6 ayını həbsxanada keçirməli olacaq. 

Məlumatlara görə, o, dörd il boyunca sevgilisini zəhərləyib, döyüb və oğlanın üzərinə qaynar su töküb. Bundan başqa, qız oğlana yaxınları və dostları ilə münasibət qurmağı qadağan edib, onun mobil telefonunu sındırıb və "Facebook” hesabını ələ keçirib. 

Zorakılıqla bağlı cütlüyün qonşuları polisə müraciət edib. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ