"İnstagram"ın canlı yayımında keçmiş sevgilisini döyən "TikTok" fenomeni Gökhan Özbolat tənqid edilib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı fenomen yayılan görüntülərin köhnə olduğunu bildirib:
"Məni aldatdığı yerdə tutmuşdum. Həmin vaxt hirsli idim, aylar sonra ürəyini aldım. Hələ də dost kimi görüşürük. Bilib-bilmədən yazmayın! Nə məni, nə başqalarını narahat etməyin! Görüntüləri düşmənlərim yayıb. Xəbərlərə inanmayın!"
Onun bu açıqlaması sosial şəbəkə istifadəçilərini sakitləşdirməyib. Onlar fenomenin cəzasını almasını tələb edərək, sosial şəbəkədə aksiya başladıblar.
Həmin görüntüləri təqdim edirik:








