RU
Sevgilisini öldürən kişiyə 17 il həbs verildi
14:50
428

Sevgilisini öldürən kişiyə 17 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində barda tanış olduğu qadını öldürməkdə təqsirləndirilən 42 yaşlı Vorobyov Sergey Nikaloyeviçə hökm oxunub.

Hakim Fikrət Qəribovun icraatında olan S.Vorobyovun 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2017-cı ilin iyun ayında NZS qəsəbəsində Vorobyov Sergey Nikaloyeviçin evində 30-35 yaşlı qadın meyiti tapılıb. S.Vorobyov həmin qadınla bir ay əvvəl şəhərin mərkəzindəki barlardan birində tanış olub. Həmin vaxtdan sonra onlar Sergeyin NZS-dəki evində yaşamağa başlayıblar. Tək yaşayan Sergeylə bir aya yaxın eyni evdə qalan qadın onun sonrakı rəftarlarından narazı qalıb və cütlük arasında qısqanclıq münaqişələri yaranıb. Mayın 31-də onlar arasında dava-dalaş olub və həmin qadın Sergeyə bıçaqla hücum edib. Sevgilisinin əlindən bıçağı alan 42 yaşlı Sergey bir bıçaq zərbəsi ilə onu öldürüb. Qadının meyiti isə evdən iyunun 3-də tapılıb. Özünü "Arzu” kimi təqdim edən qadının isə İlahə Şahbazova olduğu müəyyən edilib./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ