Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını öldürərək basdıran şəxs həbs edilib.
7News.Az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 14-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Altay Həsənov evində ailə-məişət münaqişəsi zəminində qeyri-rərmi nikah münasibətlərində olduğu Yasəmən Novruzovanı küt alətlə döyərək qətlə yetirib, cəsədini isə həyətində basdırıb.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov tutulub. Araşdırmalar davam etdirilir.








