RU
Sevgilisini yandıran Sevincdən ŞOK SÖZLƏR:
23:56
1619

Sevgilisini yandıran Sevincdən ŞOK SÖZLƏR: "Əliəhəd qabağında rəqqasələri oynadır"

Sevgilisi Əliəhəd Eyvazovu yandıran Sevinc ittihamlara cavab verib.

7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, "Elgizlə izlə" verilişinə zəng edən Sevinc Əliəhədin danışdıqlarını yalan adlandırıb:


"O, iddia edir ki, guya məni 3 il yarım saxlayır. Mən 2 ildir ki, boşanmışam. Boşanma kağızım da prokurorluqdadır. Belə olan halda o, məni necə 3 il yarım saxlaya bilər?! Deyilənlərin hər biri yalan, böhtan və şərdir. İstintaq bitdikdən sonra mən əlimdəki faktları və sübutları sizə təqdim edəcəyəm. Tanımadan, bilmədən həkim ailəsinin üzvünü və 7 yaşlı uşağın anasını ittiham edirlər. Əgər elə hadisə baş veribsə, görün o insan məni necə yandırıb. Rəqs etmək və şəkil çəkdirmək bu gün nə dərəcədə qınanılan bir məsələdir? Bəlkə, elə onun özü bu şəkilləri düzəldib?! O şəkillərin araşdırılmasını istəyirəm. Əliəhəd deyir ki, mən xınayaxdı məclislərinin təşkili ilə məşğulam. Bu insanın məqsədi özünü reklam etməkdir. Onlar məni və ailəmi şantaj edib, pul istəyirlər. Özü də qabağında rəqqasələr oynadır. Hazırda Əliəhəd ögey ata ilə qalır. O kişi də başqa qadının həyat yoldaşıdır. Təsəvvür edirsiniz ki, həmin kişi Əliəhədin anasını saxlayır? Onlar çox səviyyəsiz ailədir. Əliəhəd özünü mənə şərəfli insan kimi tanıtdırmışdı. Mən düşünürdüm ki, ondan yaxşı insan yoxdur. Necə ki, bu gün efirlərə çıxıb, xalqımızı aldatdıqları kimi".
 
Sevgilisini yandıran Sevincdən ŞOK SÖZLƏR:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ