ABŞ-dan olan Cozi adlı gənc qız köklüyünə görə ondan ayrılan sevgilisinin acığına 70 kilo arıqlayaraq hər kəsi heyrətləndirib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, hələ 2018-ci ilin qışında onun çəkisi 140 kiloqrama yaxın olub.
Elə həmin vaxt sevdiyi oğlan ondan zahiri görünüşünü bəyənmədiyini deyərək ayrılıb.
Cozi məktəb vaxtından artıq çəkidən əziyyət çəkdiyini etiraf edib. O, hətta buna görə rəqs dərslərinə getməkdən imtina edib. Oğlanlar ona yalnız "dost" gözüylə baxıblar.
Nəhayət bir oğlanın onu daxili gözəlliyinə görə sevdiyinə əmin olduğu halda sevgilisi onu atdıqda qız depressiyaya düşüb.
Lakin tez bir zamanda Cozi özünü ələ alaraq arıqlamaq qərarına gəlib. O, idman zalına getməyə başlayıb və qida rasionunu tamamilə dəyişib.
Artıq iki ildən çox vaxt keçib və hazırda Cozini tanımaq olmur. Çəkisi ikiqat azalıb 70 kiloya çatan qız hələ də dayanmaq fikrində deyil.
Daha gözəl bədən quruluşuna malik olmaq üçün Cozi öz üzərində işləməyə davam edəcəyini bildirir.












