Otou və Katayama Yumi adlı yapon cütlük sevərək evlənib. Ancaq işlər istədikləri kimi getməyib. Bir evin içində yaşamalarına baxmayaraq, cütlük tam 20 il danışmayıb.
7News.az xarici mətbuata istinadən xəbər verir ki, Otou və Katayama Yumi cütünün uşaqları olduqdan sonra Otounun arvadına qarşı davranışları dəyişib.
Həyat yoldaşı uşaqlara daha çox maraq göstərdiyi üçün yoldaşından küsən Otou tam 20 il boyunca onunla danışmayıb. Uşaqları bir televiziya proqramı sayəsində cütlüyü barışdırab bilib. Onlar 20 il sonra ilk cümlələrini qurublar. Uşaqlar bu vəziyyətə çox sevinib. Otou yoldaşının uşaqlara daha çox sevgi göstərdiyi ilə bağlı qıcqanclıq nümayiş etdirdiyini etiraf edib.
7News.az












