RU
Sevil Nuriyevanın əri İstanbulda güllələnərək öldürüldü
00:14
1154

Sevil Nuriyevanın əri İstanbulda güllələnərək öldürüldü

Jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, azərbaycanlı iş adamı Etimad İsmayılov İstanbulda silahlı basqına məruz qalıb.
 
7NEWS.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə iş adamının Floryadakı ofisində baş verib. Başından 2, ürəyindən isə 1 güllə yarası alan E. İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Polis silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan Gözəl Dəmirov adlı şübhəlinin yaxalanması üçün əməliyyata başlayıb.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini olub. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ