Böyük Britaniyada yaşayan və 10 aylıq iş səyahətindən qayıdan kişi həyat yoldaşını tanımayıb.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, 43 yaşlı Darren Hunt adlı kişi koronavirus pandemiyasına görə, 10 ay evindən uzaq qalmalı olub. 10 aydan sonra sərhədlər açılanda Darren Hunt evinə qayıdıb.
Evinə qayıdan 43 yaşlı kişi həyatının şokunu yaşayıb. Belə ki, Darren Huntın həyat yoldaşı Abiqail Hunt 50 kiloqram arıqlayaraq tamamilə dəyişib.
Darren Hunt mətbuata açıqlamasında həyat yoldaşının arıqlamasına sevindiyini söyləyib:
"Tək kəlmə ilə gözəl görünür. Evə qayıtmağıma çox xoşbəxtəm".




7News.Az








