2015-ci il noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkiləri demokratiyanın təntənəsi kimi yadda qalacaq”.
Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
YAP GB sədrinin sözlərinə görə, hər bir ölkənin idarəetmə sisteminin müəyyənləşdirilməsinin ilkin mərhələsi, məhz seçkili orqanlara keçirilən seçkilərdir: “Bələdiyyə, Parlament, Prezident seçkiləri xalqa imkan verir ki, layiq bildiyi şəxsə və ya şəxslərə etimad göstərib, onları ölkənin əsas orqanlarında öz təmsilçiləri etsin. Ümumiyyətlə, seçki sisteminin formalaşması uzunmüddətli prosesdir. Belə ki, hələ qədim və orta dövrlərdə idarəetmənin hansı formada müəyyən edilməsi, burada hansı kateqoriyaya daxil olan şəxslərin iştirak etməsi aktual məsələ idi. Sonralar insanlar iradə nümayiş etdirərək, nümayəndələri xalqın seçməsinin vacibliyini qeyd etdilər. Çünki bu, öncə mövcud olan seçki sistemlərindən daha ədalətli və məqsədəuyğun idi. Bu baxımdan formalaşan seçki sistemi sonralar ənənə halını alaraq, əksər ölkələrdə də tətbiq olunmağa başladı”.
S.Orucov bildirib ki, Azərbaycan müstəqilliyini əldə edəndən sonra demokratik inkişaf prosesləri seçki sistemini də əhatə etməyə başladı: “Ümumilli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra seçki sistemi tamamilə demokratikləşdirildi. Belə ki, xalq layiq bildiyi namizədlərə səs verməklə istədiyi namizədi seçkili orqanlara seçdi. Ölkəmizdə xalqla-iqtidar arasında birlik modelini formalaşdıran Yeni Azərbaycan Partiyası Azərbaycanda keçirilən bütün seçkilərin qalibi olaraq xalqın etimadını qazandı. Yeni Azərbaycan Partiyası ölkənin inkişafında müstəsna xidmətləri olan bir partiyaya çevrildi. Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ölkəmizdə keçirilən bütün seçkilərdə aktiv iştirak etməklə öz mövqeyini nümayiş etdirir. İstər bələdiyyə, istər parlament, istərsə də Prezident seçkilərində Gənclər Birliyimizin üzvləri müxtəlif formada partiyamızın təbliğatını aparıb, seçki prosesinə dəstək veriblər. Partiyamız tərəfindən növbəti parlament seçkiləri çərçivəsində görülən hazırlıq işləri onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası bu dəfəki seçkilərdə də qalib gələcək”.
7news.az








