Parkda şeytan çarxının yelləncəklərindən birinin yerindən qopması nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
7news.Az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Hindistanın Andhra Pradeş vilayətində baş verib. Yelləncək qopub, içindəkilərlə birlikdə yerə çaxılıb.
Hadisə nəticəsində 10 yaşlı qız ölüb, onunla birlikdə olan 7 nəfər ağır bədən xəsarətləri alıb.
Videonu izləmək üçün şəklə klikləyin:
7news.Az










