RU
Şeytana papışı tərs geyindirən peyğəmbər
13:35
1452

Şeytana papışı tərs geyindirən peyğəmbər

"Cəsəd şəkilləri çəkərkən, pisliyin min bir ölçüsünün şahidi oldum.Ətrafdakılar bu cəsədlər haqda "taleyi beləymiş, tanrı istədi”, deyirdilər.Dünya mənə getdikcə qəribə gəlirdi.Gecə klublarında pianomun müşayiəti ilə striptiz oynayan qızlara şəhvətlə baxan adamları bazar günü kilsədə orqan çalarkən görürdüm, uşaqlarını da yanlarında gətirib bağışlanmaları üçün yalvarırdılar.Başa düşdüm ki, kilsə riyakarlığın məbədidir”.

Şeytan kilsəsini qurduqdan sonra özünü satanistlərin "qara papa”sı elan etdi. "Şeytanın İncili”ni yazmaqla kilsəsinə on minlərlə mürid qazandırdı. Anton Şandor La Vey insanlar içində yaşayan "şeytanlar”ın ən məşhuru və görünməzi idi.İnsanlara çağırışlarında şeytana qurban kəsmək ənənəsinə qarşı çıxdı, pediofilizm, təcavüz və cinayəti müasir dünya ilə ayaqlaşmayan "zərərli və lazımsız vərdişlər” adlandırdı. Ən böyük pisliyi həyatda "peyğəmbər”i olduğu satanistlərə etdi: Cadugərlər bayramında öləndə öz yerinə varis qoymadı.

Şeytana papışı tərs geyindirən adam

1967-ci ilin payızında məşhur aktrisa Ceyn Mansfield və sevgilisi Sem Brodi ilə Nyu-Orleanda avtomobil qəzasında düşəndə gözlər La Veyə dikildi. Çünki Brodi Şeytan kilsəsinə qarşı kampaniya apardığı üçün La vey tərəfindən lənətlənmişdi. Üstəgəl, o, Mansfieldə xəbərdarlıq etmişdi: "Onun başına dəhşətli fəlakət gələcək, uzaq dur”. Brodi qəzada beyinə qan sızmasından öldü.Mansfieldin sonu isə daha dramatik oldu.Toqquşmada aktrisanın başı bədənindən qopmuşdu. La Vey qəzadan sonra evinə gələn jurnalistlərə "məyus” olduğunu dedi. Lakin səsləndirdiyi fikirlərlə diqqətləri üzərinə çəkdi: "Hadisə baş verən saatlarda Ceynin bir jurnalda yayımlanan şəklini kəsirdim. Qayçı ilə diqqətsiz davrandım, Ceynin şəkildəki başı kəsildi.Qəribə təsadüfdür”. La Vey əfsanəsi bundan sonra Amerikanı cənginə aldı. San-Fransiskodakı keçmiş fahişə qadınların satıldığı binada qurulmuş Şeytan kilsəsinə axın-axın gələrək satanizmə qoşulmaq istəyənlərin sayı artdı.

Polanskinin qətli

1968-ci ildə Roman Polanski qorxu filmi "Rosemarinin uşağı”nı çəkərkən qapısının zəngini basan ilk adam Anton Şandor La Vey idi. "Qara papa”ya "Şeytan” rolu təklif olunmuşdu.İllər sonra Polanskidən danışarkən ona olan heyranlığını gizlətmədi. "Bir xalqın doğuluşu "Ku Kluks Klan” içində nə qədər önəmlidirsə, "Rosemarinin uşağı” da satanizm baxımından eyni əhəmiyyətə malikdir, inkvizisiyadan sonra bizim üçün ən böyük reklam oldu”, dedi. Film sayəsində satanizm Amerikada populyarlığının ən yüksək zirvəsinə çatdı. Bir il sonra Polanskinin həyat yoldaşı və uşaqları Çarlez Mansonun mafiyası tərəfindən öldürüləndə bu işin arxasında La Veyin dayandığı iddia olundu. Mafiyanın "qara papa”nın satanist dünyagörüşlərinin təsiri altında fəaliyyət göstərdiyi deyilirdi. Halbuki Mansonun tabe olduğu mafiya şəbəkəsinin lideri "Pahis” təriqətinin qurucusu idi və bu sirri yalnız qaranlıq dünyanın müdavimləri bilirdilər.Manson mafiyasının təəccüblü cinayəti La Veyin həyatında dönüş nöqtəsi oldu. O vaxta qədər satanistlərin fəaliyyətlərinə tolerant münasibətlər göstərən dindar amerikalılar hərəkətə keçdilər. Satanistlər təqib olunmağa başladılar və Şeytan kilsəsinin qarşısına əngəllər çıxarılırdı.Lakin bu, onu fenomenə çevirdi.

İkinci skripkaçı şeytan

Əsl adı Stanton La Vey olan Anton Şandor La Vey şeytanın özünə belə pabucu tərs geyindirəcək qədər ağıllı, lakin əxlaqlı və həyata önəm verməyən biri idi. Kökü Qafqaz, bir sıra mənbələrə görə isə Macarıstana bağlanan okultist yazıçı 1930-cu ildə Amerikada (Çikaqo) köçkün ailəsində doğulub. Özünü göstərməyə çalışdığı ilk sahə musiqi idi.Pianodan qaboya qədər bir sıra musiqi alətlərində özünü sınamışdı.15 yaşında San-Fransisko simfoniyasında ikinci qaboy ifaçısı o idi.Sonrakı illərdə truba, trombon, klarnet və skripka ilə məşğul oldu.Bir müddət elektronik musiqiyə keçdi, sintezator üzərində işlədi.Yeni musiqi növü axtarırdı.Magikal musiqini araşdırarkən "okultist musiqi” adlandırdığı şeirlərini bəstələyirdi.Bəlkə də Paqanininin yerini tutmamaq və ondan sonra "ikinci skripkaçı şeytan” adını almamaq üçün 20 yaşlarında musiqidən imtina etdi.Sirk dünyasına addım atdı.Sirkdəki ilk işi qəfəs qulluqçusu oldu.Əlaqələrini genişləndirdikcə, aslanlarla oyunlarda iştirak etməyə başladı.Həmin vaxt ən böyük oyunu başını aslanın ağzına soxmaq idi.Lakin bir gün başını ağzına soxduğu aslanlardan biri boynundan bir parça ət qopardı. La Vey sənətini dəyişmək məcburiyyətində qaldı. Bir müddətlik kriminologiya mütəxəssisliyi, aktyorluq və hipnozla müayinə sektorlarına baş vurdu.Morqlarda polis üçün fotoqraflıq etməyə başladı.San-Fransisko polisi cəsəd şəkilləri çəkən bu qeyri-adi adamın eqzantrik xarakterini tez gördü. La Veyə mərkəzdə iş təklif olundu və o, telefonlarla gələn zəngləri cavablandırırdı. Lakin cəsəd şəkilləri çəkərkən tanrı və xristianlığa olan inancını itirdi, okultist dünyagörüşü mənimsədi.Həmin vaxt o təlimlərinə inanmağa başladı ki, insan eqoist, çirkin, xəbis və qorxulu varlıqdır.Yəni, pis olan şeytan deyil, əksinə, insanın özüdür və öz pis əməllərini şeytanın adının arxasında gizlədir.

Şeytan kilsəsinin qurulması

1966-cı ildə hərəkətə keçdi və San-Fransiskoda Şeytan kilsəsini qurdu.Kilsə və yazdığı kitablar, məqalələrlə öz təlimlərini yaymağa başladı. La Veyə görə tanrı yox, insan əhəmiyyətlidir. Şeytanı "insanı azad edən üsyankar ruh, rədd etmənin konkret ifadəsi və sivilizasiyanın inkişafını təmin edən motivasiya” adlandırır.Təlimlərini "Şeytanın İncili”, "Şeytanın qeyd dəftəri” və "Şeytan ayinləri” kitablarında geniş izah edir.Yenə La Veyə görə, şeytan dinlərə qarşı simvoldur.Antik ibrani əfsanələrində bu varlıq tarix boyu din və tanrılara qarşı müxalif güc kimi qəbul edilib.Şeytan dinlərdə insanın heyvani hisslərini rədd edən və ya bunu məhdudlaşdıran qaydalara qarşı fərdin azadlığını təmsil edir.Başqa sözlə, Anton Şandor La Vey dinlərə qarşı radikal müxalifəti və müqəddəs sayılan kitablardakı təlimlərin əksinin tətbiq olunmasının bəşəriyyət üçün yeganə çıxış yolu olduğunu müdafiə edirdi. La Vey Nitşeyə oxşar bir tərzlə insanın bütün varlıq və canlılardan üstün olduğunu bildirirdi. "Sadəcə, istədiyimiz vaxt və istədiyimizə qarşı yaxşı davranmalıyıq.Heç kəs bizə həmişə yaxşı olmağımızın lazım olduğunu deyə bilməz.Əgər biri səni vurmağa çalışırsa, sən də onu əzib yox etməlisən”, deyirdi.1997-ci ilin 29 oktyabrında 67 yaşında ürək infarktından həyatını itirdi.Vəsiyyətinə uyğun olaraq qəbir daşının üzərinə "Həyatda yeganə peşimanlığım, yersiz yerə yaxşı olduğum vaxtlardır”, yazılmışdı.

"İblisin səsini eşidirəm”

La Vey Şeytan kilsəsini yaradıcı və eqsantrik dünyagörüşə sahib adamlardan təşkil etmişdi. O, Şeytan kilsəsini qurmasına belə haqq qazandırmışdı: "Xristian kilsələrinin çağırışları mənə bəs etmir. Burada magikal - sehirli bir formul yoxdur.Halbuki uğur üçün müəyyən qaydalar var və kilsə bunları öyrətmir”.Məqsəd fərdi düşüncələrin enerjisini topladıqdan sonra təbiətin sirli və görünməyən güclərinə çatmaq idi, yəni, şeytana. La Vey şeytanın səsini eşitdiyini deyirdi. Lakin qızılı burunlu, buynuzlu, uzun dırnaqlı, çəngəl mizraqlı şeytan təsvirini qəbul etmirdi.Əsl pisliyin insanın öz düşüncəsi və istəklərində gizləndiyini bildirirdi.Əslində La Vey şeytana inanmırdı, o ateist idi.Şeytan sırf bütün dinlərdə allahlar, dinlər və tanrılara qarşı bir varlıq kimi qəbul edildiyi üçün şeytana olan simpatiyasını gizlətmirdi.Əslində La Veyin bu inancı, yaxud qaydaları qaçarkən yatanlara reaksiyası idi.Yəni, hər işi öz yerində görmək lazımdır. Başqa sözlə, hər şeyi öz rəngində görmək lazımdır, məsələn, acarkən yemək yemək kimi: "Satanizm vicdanlıdır və istədiyini açıq formada deyir: bunu etdiyi üçün də şüur və şüuraltında ziddiyyət problemi yaşamır, rahatdır. Satanist islahatlar fundamental problemlərin yeganə həll yoludur.Lakin satanizmdən başqa heç bir dini islahatlara səy göstərmir və biz onlara "mozaxistlər” deyirik”.

Le Veyan satanizm

La Veyan satanizm, yaxud ateist satanizm Anton Şandor La Vey tərəfindən yaradılmış fəlsəfi təlim və inanc formasıdır. 1966-cı ildə Şeytan kilsəsinin qurulmasıyla ortaya çıxıb. Satanist cərəyanlar içərisində kilsəsi, mərasimləri, bayram günləri, din adamları və sistemi olan yeganə cərəyan La Veyan satanizmidir. La Veyan satanizm təməlində ateizm və materializm olan inancdır. Fələsfi yöndən fərdi düşüncə, eqoizm, qisasa qarşı qisas və müəyyən sərhədlər daxilində həzzi müdafiə edir. La veyanla satanistləri əslində ateistdirlər və şeytanın varlığına inanmırlar. Şeytanın varlığına inanmadıqları üçün "tanrı, ruh, cadu, cənnət və cəhənnəm” kimi fövqəltəbii anlayışları da qəbul etmirlər.Həmçinin materialistdirlər, metafizik anlayışların hamısını rədd edirlər.

La veyanlar şeytanı simvol kimi qəbul edirlər. Bu simvol təlimin fəlsəfəsinin mərkəzində dayanır. La Veyan satanistlərə görə şeytan insanın vəhşi təbiətini təmsil edir. Şeytan insanın içindəki heyvani hissləri, instinktləri və impulsları təmsil edir.İnsanlar daxillərindəki bu instinktlərlə yaşamalıdır. La Veyə görə insanlar tərəfindən uydurulmuş tanrı anlayışı bunları qadağan edib və günah olaraq qəbul edib. Şeytan simvolu bunun əksini iddia edir. La Veyin bu təlimində hədəfi tanrı inancına qarşı çıxan, təməlində fəlsəfənin dayandığı bir din yaratmaq idi. La Veyan satanizmi buna görə də ilk növbədə xristianlıq, yaxud içində tanrı inanclarının olduğu bütün dinlərə qarşı çevrilib.

La Veyan fəlsəfəsi

Yaşamaqda həzz almaq, yaradıcılıq, özünəinam, azadlıq, özünəhörmət, qarşılıqlı cinsəl münasibətlər, zəiflərdən oğurlamamaq, yemək oğurlamayan heyvanlar və uşaqlara zərər verməmək - bunlar La Veyan satanizminin fəlsəfəsini təşkil edir.Həmçinin bu təlimdə ağıllılar və intellektualizmə qarşı ön mühakimə (nəzakətdə, inamda, intiqamda) və yanlış anlaşılmalar xaos yaradan özəlliklər kimi qəbul edilir.Təlim yaxşı olanın qalib gələcəyini müdafiə edir.Lakin La Vey məqsəd və eqonu ön planda tutur.Onun tərəfindən yazılmış "Satanist Bibliya” kitabının bir ayəsinə görə yersiz yerə pislik etmək məqsədlərə uyğun deyil. La Vey cərəyanın simpatiya göstərdiyi və lüsiferizmlə müqayisə etdiyi digər anlayış, "Hər yaxşılığın içində bir az pislik, hər pisliyin içində bir az yaxşılıq var” qaydasına əsaslanan Yinq Yanq təlimidir.
Anton Şandor La Vey satanizmin hər kəsə görə olmadığını deyirdi. Yəni, istəyən satanist ola bilər, istəməyən yox. Amma La Vey "Bir dəfə satanist oldunsa, satanizmdən çıxmaq mümkün deyil”, kimi təhdidedici ifadə ilə satanizmdən xilas yolunun qarşısını bağlayır. Başqa sözlə, hər kəs üçün giriş qapısı var, amma çıxış qapısı yoxdur.

Kroulinin izində

O, XX əsrin ən təsiredici okuıtist yazıçısı Alister Kroulunin izi ilə gedirdi. Məşhur şair Y.B.Yits və "Drakula”nın yazarı Bram Stoker kimi La Vey də Kroulinin kitablarından təsirlənmişdi. Lakin o, "Qızıl şəfəq” və "Ordo Templi Orientis” kimi mason təşkilatlarının və təriqətlərinin üzvü olan Alister Kroulidən fərqli olaraq, daha humanist satanizm cərəyanını inkişaf etdirmişdi.Kroulinin əksinə gedən La Vey yersiz yerə insanları cəzalandırmağın, öldürməyin və işkəncə verməyin əleyhinə idi. Yəni, gücünü qan və ölüm üzərində sınayan satanizm yerinə, seksi ilahi ibadət kimi qabağa çəkən satanizm… 

La Veyin XVIII ("Cəhənnəm Alovu Klubu”) və XX əsrlərdə (Alister Krouli) ortaya çıxmış satanizm cərəyanlarından öz humanist prinsipləri ilə fərqlənirdi. Həmin cərəyanlardan fərqli olaraq, La Lev uşaqların öldürülməsinin əleyhinə çıxırdı. "Şeytanın İncili”ndə yazır: "Şeytana inananların heç biri hansı şərtlər daxilində olursa-olsun, bir heyvan və bir uşağı öldürməyi qəbul etmir”. O, digər yandan hücumlarına məruz qalmadıqca heyvanları öldürməyi rədd edirdi. Eyni zamanda özünü müdafiə xaricində, o da bu halda məcbur qalmadığı halda insanı öldürməyi də qəbul etmirdi.Həzz üçün ovu etməyi qadağan etmişdi.

Qorxudan işığa çıxanlar

"Şeytanın İncili” bu günədək 34 dəfə çap olunub və 1 milyondan çoxu satılıb.İkinci kitabı "Şeytan ayinləri” isə 16 dəfə çap edilib və 500 mindən çox satılıb. O, porno ulduz Linda Lovals, Ceyn Mansfield və məşhur aktrisa Merlin Monro ilə sevgili idi. "Star Trek”in "kapitan”ı Uilyam Şanterin yaxın dostuydu. "Şeytanın İncili”nin yaratdığı qadağan olunmuş populyarlığa və bir çox Hollivud ulduzu, ABŞ və ayrı-ayrı dövlətlərin başçıları ilə dostluq münasibərlərinə baxmayaraq, yaşadığı bütün dövrlərdə "sürü” adlandırdığı insanlar "qara papa”dan qorxdular. Hələ də bütün qadağalar və təzyiqlərə baxmayaraq, La Veyin Şeytan kilsəsini hansı formada qurduğunu anlamaq sadə məntiq işi deyil.Maraqlı idi ki, bu qorxulara rəğmən La Veyin ətrafında məntiqli qəbul olunmayan metal rokçularla yanaşı ciddi adamlar - populyar hüquqşünaslar, həkimlər, siyasətçilər və sadə insanlar toplaşmışdı.Lakin gələnlərin və ondan imtina edənlərin heç biri La Veyin "müasir şeynaçılıq” anlayışını birmənalı qəbul edə bilmirdilər.Lakin o, məşhurlaşdıqca, kitabları və məqalələri işıq sürətilə yayıldıqca bu qorxu yoxa çıxırdı.Çünki bu insanlar özlərini La Veyin dilə gətirdiyi həqiqətlərdə görə bilirdilər.

Şeytan kilsəsinin ölümü ilə bağlı bəyanatı

"Liderimiz oktyabrın 29-da keçid etdi. Anno Satanas, başçımız şeytan, idealımız və ikonamız, atamız: onun sözləri və musiqisi yolumuza həyatımız boyunca işıq saçdı. Hamımız öləcəyik, bu təbiətin qanunudur, amma bu itki bütün dünyanın böyük itkisidir. La Vey hələ bizimlədir və kilsəmizin simvolik lideri olaraq qalacaq. Onun ölümsüz ruhu bizimlə yaşamağa davam edəcək, həyat davam etdiyi müddət və dünyanın sonunadək o yaşayacaq. Shemhamforash! Hail LaVey!!”.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ