RU
Şeyx Kadırovun andiçmə mərasimində
22:23
441

Şeyx Kadırovun andiçmə mərasimində

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Çeçenistanda səfərdə olub.

Nümayəndə heyəti yenidən Çeçenistanın başçısı seçilən Ramzan Kadırovun andiçmə mərasimində iştirak edib.

Şeyx tədbirdə çıxış edib: "Ramzan Əhmədoviç Kadırov üçün əlamətdar bir gündə- andiçmə mərasimi ilə əlaqədar və ad günü münasibəti ilə qardaş Azərbaycan xalqının, onun rəhbəri-Zati-aliləri İlham Əliyevin salamlarını çatdırmaqdan qürur duyuram. Belə bir gözəl gündə daha böyük uğurlar qazanmağınızı Qadir Allahdan arzu edirəm. Qoy Allah çeçen xalqının daha xoş gələcəyi üçün Sizə həmişə yardımçı olsun.

Şəxsən mən və bütün Qafqaz müsəlmanları, o cümlədən, Azərbaycan xalqı fəxr edirik ki, unudulmaz dostum Əhməd Hacının oğlu və layiqli davamçısı çeçen torpağında sülhün, həmrəyliyin əldə olunmasını, çeçen xalqının rifahını və xioşbəxtliyini özünün ali məqsədi hesab edir”./qafqazinfo

7news.Az

Şeyx Kadırovun andiçmə mərasimində

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ