RU
Şeyxin qudasının oğlu həbsdə qaldı — MƏHKƏMƏ QƏRARI
11:46
425

Şeyxin qudasının oğlu həbsdə qaldı — MƏHKƏMƏ QƏRARI

Bakı Apellyasiya Məhkəməsində sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin apellyasiya şikayətinə baxılıb.

7news.Az-ın APA-ya istinadən məlumatına, hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.
 
Qeyd edək ki, Ə. Salahzadə bir neçə gün əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Ə. Salahzadə "Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ