RU
Səyyad Əlizadə ECMO cihazına qoşuldu
11:20
120

Səyyad Əlizadə ECMO cihazına qoşuldu

Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.

Bu barədə "Qafqazinfo”ya sənətçinin bacısı Səidə Əliyeva bildirib.

Onun sözlərinə görə, S.Əlizadənin ağciyərində 70% buzlu şüşə aşkarlanıb.

Xatırladaq ki, ötən gün bacısı köməklik göstərilməsi üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişdi. Daha sonra S. Əlizadə Zığda yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük Hospitalına köçürülmüşdü.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ