RU
“Səyyar QHT məktəbi” cəbhə bölgəsi – Füzulidə
10:29
990

“Səyyar QHT məktəbi” cəbhə bölgəsi – Füzulidə

Füzuli rayonu 3 saylı Qayıdış Bələdiyyəsinin təşkilatçılığı ilə  Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi “Səyyar QHT məktəbi” layihəsi çərçivəsində Füzuli  rayon gənclərinin ictimai fəaliyyətini artırmaq və onların vətəndaş cəmiyyəti institutlarında iştirakını təmin etmək məqsədilə aprelin  4-dən 20–dək təlimlər keçirəcəkdir..

Mərkəzdən verilən məlumata görə, təşkilat tərəfindən idarə olunan keçmiş SSRİ ölkələri arasında ilk dəfə 2002-ci ildə Azərbaycanda yaranan “QHT məktəbi”nin məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır.

Geridə qalan  günlərdə təlim iştirakçılarına  iştirakçılara əsasən QHT fəlsəfəsi, idarə edilməsi , komanda işi və strukturunun inkişafı, ictimaiyyətlə əlaqələrinin qurulması, layihə təkliflərinin hazırlanması və s. mövzular tədris olunub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ