RU
“Söhbət müsəlmançılıqdan getmir…”
13:38
1355

“Söhbət müsəlmançılıqdan getmir…”

“Biz hər hansı bir dövlətlə münasibət quranda ətraf müdaxiləni qəbul etmirik. Hər bir ölkə ilə bərabər münasibətlər qurmağın tərəfdarıyıq. Misal olaraq bu yaxınlarda prezident İlham Əliyevin İrana səfəri oldu və orada bir sıra vacib əhəmiyyətli qərarlar qəbul edildi”

7News.Az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında deyib. O xatırladıb ki, unutmaq lazım deyil ki, Naxçıvan blokadadan azad ediləndə İranın köməyi olub: “İran və Ermənistan arasındakı məsələnin xristian və müsəlman nöqteyi-nəzərindən yanaşmasını tərəfdarı deyiləm. Burada söhbət müsəlmançılıqdan yox, müttəfiq ölkələrdən gedir. Ona görə də yanaşma tərzimizi başqa cür qurmalıyıq. Hansısa bir ölkə ilə bağlı fikir bildirən zaman həmin məsələni diqqətlə araşdırmaq lazımdır. Ermənistana dəmiryolunun çəkilməsi və hər-hansı bir yardımın olunmasının əleyhinəyəm. Bu qəti şəkildə ola bilməz. ÇünkiErmənistan işğalçı dövlətdir.

Amma kiminsə bir başqasını öz ölkəsinə dəvət etməsi bu dövlətlərin daxili işidir. Biz heç kimində işinə qarışa bilmərik. Hər bir məsələnin axırı müqavilələrlə, sülhə bitməlidir. Biz belə müqavilələri bağlamaqla ölkələrimiz daha da yaxınlaşır. Ümumiyyətlə,Ermənistanı çıxmaq şərti ilə digər qonşularımız haqqında fikir bildirəndə dediklərimizə diqqət etməliyik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ