RU
“Shell” ikinci rübdə 5,07 milyard dollar mənfəət açıqladı
15:20
56

“Shell” ikinci rübdə 5,07 milyard dollar mənfəət açıqladı


Şirkət ilin üçüncü rübündə başa çatdırılması gözlənilən 3 milyard dollarlıq səhm alışını həyata keçirəcək. 

7NEWS.az xəbər verir ki, Enerji şirkəti "Shell” ilin ikinci rübündə 5,07 milyard dollar mənfəət əldə edib. "Shell”in cari ilin ikinci rübü üzrə açıqladığı maliyyə nəticələrinə görə, neft və təbii qazın qiymətinin aşağı düşməsi, maye qaz ticarəti və satış həcminin azalması şirkətin mənfəətinə təsir edib. "Shell”in qeyd olunan dövrdə 5,07 milyard dollar olan mənfəəti, keçən ilin eyni dövründəki 11,5 milyard dollarlıq reallaşma ilə müqayisədə kəskin azalsa da, bu ilin ilk rübündəki 9,65 milyard dollarlıq mənfəətdən xeyli aşağı idi. 

Bazarın gözləntiləri bu ilin ikinci rübündə şirkətin mənfəətinin 5,8 milyard dollar olacağı idi. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ