Bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi 2006-cı ildən bəri ölkəmizin milli maraqlarına xidmət edən bir sıra layihələr reallaşdırıb.
Belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “Şuşaya doğru – ShushaPost.az” layihəsidir. Layihə çərçivəsində Qarabağ həqiqətlərini müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılması qarşıya hədəf kimi qoyulub.
Layihə çərçivəsində həm Bakıda, həm ölkəmizin bir sıra regionlarında, həm də Slavyan ölkələrində ShushaPost.az saytının təqdimatının keçirilməsi nəzərdə tutulub.
Layihə və tədbir barədə ASGA sədri TTV-yə ekskluziv müsahibə verib. Videomüsahibəni təqdim edirik:








