RU
Si Cinpin:
17:26
577

Si Cinpin: "Çin-Azərbaycan münasibətlərində yeni-yeni uğurların əldə edilməsi üçün Prezident İlham Əliyevlə birgə səylərimi davam etdirməyə hazıram"

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

7News.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Son illər ərzində Çin-Azərbaycan münasibətləri dinamik inkişaf tendensiyasını qoruyub saxlayır. İki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir, "Bir kəmər - bir yol"un birgə inşası çərçivəsində əməkdaşlıq müvəffəqiyyətlə davam edir.

Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Ölkələrimiz və xalqlarımız naminə Çin-Azərbaycan dostluq, əməkdaşlıq münasibətlərində yeni-yeni uğurlar əldə edilməsi üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.

Sizə möhkəm cansağlığı arzulayıram".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ