Türkiyənin Antalya şəhərində başları bir-birinə yapışmış formada dünyaya gələn əkizlər bir-birindən ayırılıb.
"HaberGlobal”ın məlumatına görə, əməliyyat Böyük Britaniyanın paytaxtı Londonda baş tutub.
Derman və Yiğit adlı körpələrin əməliyyatına 42 həkim cəlb edilib. Üç əməliyyatdan sonra onlar qənaətbəxş vəziyyətdə vətənə qayıdıblar.








