RU
İŞİD-in Mosulda yeraltı həbsxanası tapıldı
17:40
350

İŞİD-in Mosulda yeraltı həbsxanası tapıldı

İraq təhlükəsizlik qüvvələri Mosul şəhərində İŞİD terrorçuları tərəfindən tutulmuş rayonlardan birində yeraltı həbsxana aşkar ediblər.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Bildirilir ki, həbsxana Mosulun Şura rayonunda noyabrın 7-də aşkar edilib:

"Həbsxanada 961 nəfər olub. Onların hamısı sünni, əksəriyyəti isə İraq təhlükəsizlik qüvvələrinin keçmiş zabitləri və İraq İslam Partiyasının üzvləridir”.

Xatırladaq ki, İraqın şimalında Mosulun terrorçulardan təmizlənməsi əməliyyatı oktyabrın 17-dən aparılır.//apa

 7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ