"Sihirli annem"in "Tuğçe"si Damla Ersubaşı ərə gedib.
7News.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 23 yaşlı aktrisa dünən iş adamı Mustafa Can Keserlə ailə qurub.
Qeyd edək ki, ilk olaraq "Yılan hikayesi" serialında rol alan Damla "Sihirli annem" serialı ilə məşhurlaşıb. O, daha sonra "Aşka sürgün", "Doktorlar" kimi layihələrdə yer alıb.
7News.az









