17 ay əvvəl ailə quran türkiyəli aktrisa Gizem Güven və futbolçu Caner Turp cütlüyü boşanmağa qərar verib.
"Sihirli Annem” serialındakı Ceren obrazı ilə milyonların sevimlisinə çevrilən Gizem Güven 2020-ci ildə 10 illik sevgilisi Caner Turp ilə möhtəşəm toy mərasimi ilə izdivaca girmişdi.
Gizem Güven "Siverek Belediyespor” komandasında çıxış edən həyat yoldaşı Caner Turpla ayrılmaq qərarına gəldiyini sosial media hesabında izləyiciləri ilə paylaşıb:
"Bir müddətdir evliliyimizlə bağlı yaşadığımız fikir ayrılıqlarını həll edə bilmədiyimiz üçün bir-birimizlə anlaşaraq, hörmət çərçivəsində ayrılmaq qərarına gəldiyimizi sizinlə paylaşmağa qərar verdik. Evliliyimizi bitirsək də, keçmişimizə və bir-birimizə hörmətimiz qalacaq. Buna görə də, biz və ailələrimiz bu çətin prosesdən keçərkən, məsələyə həssas yanaşmağınızı xahiş edirik”








