RU
Silahlı hücumdan sarsılan ölkədə 60 nəfər həlak oldu
16:30
174

Silahlı hücumdan sarsılan ölkədə 60 nəfər həlak oldu

Burkina-Fasonun şimalında baş verən silahlı hücumda 60 mülki şəxsin həlak olduğu məlum olub.

7News.Az xəbər verir ki, şimaldakı Ouahigouya Prokurorluğundan verilən açıqlamada Yatenqa rayonunun Karma kəndində naməlum silahlı şəxslərin hücum təşkil etdiyi bildirilib.

Açıqlamada hərbi geyimli hücumçuların açdığı atəş nəticəsində ən azı 60 nəfərin həyatını itirdiyi açıqlanıb.

Qeyd edək ki, dünyanın ən kasıb ölkələrindən biri olan Burkina Faso 2015-ci ildən bəri qonşu Malidə Əl-Qaidə və İŞİD-ə bağlı terror qruplarının hücumlarının hədəfi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ