RU
Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərə qatılıb
20:20
270

Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərə qatılıb

MN məlumat yaydı.

Fevralın 1-dən 3-dək Roma şəhərində (İtaliya) NATO Müdafiə Kollecinin ali kurs dinləyicilərinin xarici dövlətlərə səfərlərinin planlaşdırılması konfransı, fevralın 1-dən 5-dək Ankara şəhərində (Türkiyə Respublikası) terrorçuluqla mübarizə kursu, fevralın 1-dən 12-dək isə kiber müdafiə kursu, fevralın 1-dən martın 4-dək İstanbul şəhərində (Türkiyə Respublikası) partlayıcı maddələrin aşkarlanması kursu keçirilir.

Bu barədə 7news.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ