Ukrayna prezidenti Pyotr Poroşenko "Şimal axını -2 " layihəsinin gerçəkləşəməyəcəyini açıqlayıb.
7news.Az xəbər verir ki, bu barədə "Qordon" nəşri məlumat yayıb. Poroşonko Rusiya qazının birbaşa Avropaya nəqlini nəzərdə tutulan kəmərin heç vaxt tikilməyəcəyini deyib: "Düşünürəm ki, "Şimal axını -2" Ukrayna iqtisadiyyatına elə də güclü təsir etməyəcək. Çünki bu layihə heç vaxt olmayacaq. İnanıram ki, güclü səylə onun tikintisini dayandırmağı bacaracağıq".
Poroşenko "Şimal axını -2"ni heç bir iqtisadi qazancı olmayan "siyasi" layihə adlandırıb. O, qaz kəmərinin tikintisinin Ukraynaya 3 milyard dollar ziyan vuracağını bildirib. Bu xərclər isə ölkənin elə müdafiə xərcləri deməkdir. "Şimal axını -2" Ukraynanı müdafiəsini maliyyələşdirməkdən məhrum etməyə hesablanıb", - deyə Poroşenko fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Rusiyanın qaz nəhəngi – "Qazprom” 2011-ci ildən Baltik dənizi ilə Almaniyaya çəkiləcək "Şimal axını-2” layihəsini reallaşdırmağa çalışır. Almaniya təbii qazın Ukrayna ərazisindən tranzitini təmin etmək üçün səylər göstərirdi. Layihəyə qarşı çıxan dövlətlərdən birincisi isə ABŞ olub.
7news.Az







