Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü barədə tviter səhifəsində paylaşım edib.
7NEWS.Az xəbər verir ki, paylaşımda deyilir:
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gəldiyim Konyada Azərbaycan Prezidenti İlham Əliyev ilə səmimi görüşümüz oldu. Əlaqələrimizin inkişafını müzakirə etdik”.
Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir.








