RU
Şimali Kiprdə istilər səbəbindən açıq havada işləmək qadağan edilib
12:32
23

Şimali Kiprdə istilər səbəbindən açıq havada işləmək qadağan edilib


Şimali Kiprdə isti hava şəraiti ilə əlaqədar iyulun 17-21-də müəyyən saatlarda açıq havada günəş altında işləmək qadağan edilib. 

7NEWS.az xəbər verir ki, Şimali Kipr Əmək və Sosial Müdafiə Nazirliyinin verdiyi qadağa qərarı dünən Rəsmi Qəzetdə dərc olunub. Qərarda bildirilib ki, nazirlik Meteorologiya İdarəsinin havanın temperaturu proqnozlarına əsasən, daimi günəş altında işləyən işçilərin sağlamlığının qorunması məqsədilə iyulun 17-dən iyulun 21-dək saat 12.00-dan 16.00-dək açıq havada işləməyi qadağan edib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ