Şimali Kipr polisi xəbər əsasında Lefkoşa Qəssablar Birliyinin sədri Halil Akbıçakın iş yerinə basqın edərək, qaçaqmalçılıq yolu ilə gətirilən təxminən bir ton ağırlığında mal və quzu əti ələ keçirib.
7NEWS.az xəbər verir ki, məlumatdan sonra hadisə yerinə gedən Şimali Kipr polisi Qurban bayramı öncəsi təxminən bir ton qanunsuz mal və quzu əti ələ keçirib. Baytarlıq İdarəsinin ekspertizası nəticəsində ətin üzərindəki möhürün saxta olduğu müəyyən edilib. Akbıçak və qeyri-qanuni ət aldığı Ali Üzüm ötən gün məhkəmə qarşısına çıxarılıb. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçib. Daim qanunsuz ətdən şikayətçi açıqlamalar verən Akbıçakın həbsi Şimali Kiprdə gündəm olub.
Sağlam olmayan ət, harada və necə kəsildiyi, hansı şəraitdə saxlandığı müxtəlif yollarla istehlakçıya çatır. Bu yollardan biri də ətin üzərində olmalı olan Baytarlıq Xidmətinin möhürünü saxtalaşdırmaqdır.
7NEWS.az








