RU
Şimali Koreya ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını araşdırır
11:30
295

Şimali Koreya ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını araşdırır

Şimali Koreya ordusu Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirir.

Bu barədə 7news.Az APA-ya istinadən xəbər verir.

KXDR Strateji Qüvvələrinin Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən dərc edilən bəyanatına əsasən,  Pxenyan "Xvason-12” qitələrarası ballistik raketlərin köməyi ilə ABŞ-ın Quam adasındakı hərbi bazalarını məhv etməyə qadir olduğu barədə Vaşinqtona ciddi siqnal ötürmək niyyətindədir.

Qeyd edək ki, Quam adasında ABŞ-a məxsus "Andersen” aviabazası və "Apra-Xarbor” hərbi-dəniz bazası yerləşir.

Xatırladaq ki, Şimali Koreya ötən ay ərzində iki dəfə "Xvason-14” ballistik raketini sınaqdan keçirib.  ABŞ, Cənubi Koreya və Yaponiya raketlərin qitələrarası olduğunu iddia edirlər. Rusiya isə "Xvason-14” ballistik raketlərinin ortamənzilli olduğunu bəyan edib. KXDR isə, öz növbəsində, qitələrarası ballistik raketlərini bütün hallarda uğurla sınaqdan keçirdiyini bildirib.  
 
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ