RU
Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələdi — Cavabımız çox güclü olacaq
16:50
474

Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələdi — Cavabımız çox güclü olacaq

Şimali Koreya ABŞ-ın təzyiq tədbirlərinə çox güclü cavab verəcəyini bəyan edib.

Şimali Koreyanın xarici iqtisadi əlaqələr naziri Kim En Ce bu barədə bəyanat səsləndirib.

Bəyanatda bildirilir ki, ABŞ-ın sanksiya və təzyiqlərinə güclü cavab tədbirləri görüləcək.

Nazir jurnalistlərə açıqlamasında deyib: "ABŞ heç vaxt  atom və hidrogen bombalarına, qitələrarası ballistik raketlərə sahib bizim dövlətin statusunu unutmamalıdır. Birləşmiş Ştatların müasir siyasəti yarımadada müharibə törətməkdən ibarətdir"./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ