RU
Şimali Koreya ABŞ-ı təhdid etdi
11:52
380

Şimali Koreya ABŞ-ı təhdid etdi

Şimali Koreya ABŞ-la keçiriləcək sammitdə iştirak məsələsinə yenidən baxa bilər. 

7news.Az "Yanhap” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Şimali Koreyanın Xarici İşlər Nazirliyindən məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, iyunun 12-nə planlaşdırılan Kim Çen In və Donald Tramp arasındakı görüşün taleyi ABŞ-dan asılıdır. 

"ABŞ-ın bizimlə danışıqlarda və ya nüvə müharibəsində görüşəcəyi məsələsi Vaşinqtondan asılıdır”, - Şimali Koreya diplomatı deyib. – "Əgər ABŞ təxribatçı hərəkətlər etsə və qanunsuz fəaliyyətlə məşğul olsa, ali rəhbərliyimiz sammitdə iştirakı yenidən nəzərdən keçirəcək”. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ