RU
Şimali Koreya ardıcıl 2 ballistik raket buraxıb
16:22
35

Şimali Koreya ardıcıl 2 ballistik raket buraxıb


7NEWS.az xəbər verir ki, Şimali Koreya ABŞ-ın Los-Anceles sinfinə aid nüvə sualtı gəmisi USS Annapolis-in Cənubi Koreyanın Ceju adasındakı limana lövbər salması addımına cavab verib. Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada Şimali Koreyanın ötən gecə Yaponiya dənizinə ardıcıl olaraq iki ballistik raket atdığı bildirilib. Raketlərdən birincisinin saat 23.54-də, ikincisinin isə saat 23.59-da atıldığı qeyd edilib və raketlərin təxminən 400 kilometr irəliləyərək 100 kilometr yüksəkliyə çatdığı açıqlanarkən, raketlərin buraxılmasından sonra Yaponiya gəmilərinə və ya təyyarələrinə heç bir ziyan dəymədiyi bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ