7NEWS.az xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın biri qitələrarası olmaqla üç ballistik raketi sınaqdan keçirdiyini açıqlayıb. Prezidentliyin məlumatına görə, yerli vaxtla saat 06:00-da Pxenyanın Sunan bölgəsindən 1 qitələrarası ballistik raket, saat 06.37 və 06:42-də isə 2 ballistik raket buraxılıb. Birinci raket 550 kilometr yüksəklikdə 300 kilometr, 50 kilometr yüksəklikdə 750 kilometr qət edən ikinci raket isə ölkənin şərq sahilinə düşüb. Üçüncü raketin 20 kilometr hündürlüyə qalxaraq radardan itdiyi qeydə alınıb.
7NEWS.az








