RU
Şimali Koreya Cənubi Koreyaya 250 yeni balon göndərib
15:30
22

Şimali Koreya Cənubi Koreyaya 250 yeni balon göndərib


Şimali Koreya Cənubi Koreyanın sərhəd bölgələrinə zibil daşıyan daha 250 şar göndərib. 

7NEWS.az xəbər verir ki l, paytaxt Seul yaxınlığındakı İnçon Beynəlxalq Hava Limanına çatan hava şarları səbəbindən 3 uçuş-enmə zolağı bağlanıb və bir çox uçuşlar ləğv edilib və ya təxirə salınıb. Şimali Koreya ilə Cənubi Koreya arasında balon müharibəsi davam edərkən, Şimali Koreya 6-cı dəfə Cənubun sərhəd bölgələrinə zibil və gübrə ilə dolu şarlar göndərib.
Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada gecə ərzində göndərilən təxminən 250 şardan 100-nün Gyeonggi əyalətinin şimal hissəsinə endiyi bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ