7NEWS.az xəbər verir ki, Yeni ildə silah proqramını sürətləndirərək Cənubi Koreya və ABŞ-a meydan oxuyan Şimali Koreya dünən həyata keçirdiyi raket sınağı ilə bağlı açıqlama verib. Şimali Koreyanın rəsmi mətbuatında yer alan xəbərlərdə raketin qurudan dənizə atılan yeni tip Padasuri-6 raketi olduğu və ölkə lideri Kim Çen Inın nəzarəti altında sınaqdan keçirildiyi bildirilib. Atılan raketlərin hədəf olaraq təyin olunan qayığa dəyməzdən əvvəl təxminən 23 dəqiqə Şərq dənizi üzərində uçduğu bildirilib. Atılan raketlərin sayı ilə bağlı məlumat verilməyib.
7NEWS.az








