RU
Şimali Koreya döyüş başlıqlarının sayını artıracaq
10:40
266

Şimali Koreya döyüş başlıqlarının sayını artıracaq

Şimali Koreya lideri Kim Çen In Kimyəvi Materiallar Elmi İnstituta baş çəkərək bərk yanacaqlı raket mühərrikləri və döyüş başlıqlarının istehsalının artırılmasına dair göstəriş verib.  

Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

"Kim Çen In elmi instituta dəqiq dəzgahlar, karbon və qarışıq materiallardan istifadə etməklə bərk yanacaqlı raket mühərrikləri və döyüş başlıqlarının istehsalını artırmağı tapşırıb”, - deyə məlumatda bildirilir.

Şimali Koreya bundan əvvəl ABŞ-ın aviabazasının yerləşdiyi Quam adasına zərbənin endirilməsi ilə bağlı hazırlıq işlərinin başa çatdırıldığını bəyan edib./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ