7NEWS.az xəbər verir ki, Cənubi Koreya kəşfiyyatı iddia edib ki, Rusiya tərəfində Ukraynaya qarşı döyüşmək üçün cəbhə xəttinə göndərilən Şimali Koreya əsgərləri pilotsuz uçuş aparatı (PUA) əməliyyatları və taktikası üzrə təlim keçiblər. Şimali Koreyanın Rusiyadakı 5 hərbi bazada təlim keçmək üçün təxminən 3500 əsgər göndərdiyi təxmin edilir.








