7NEWS.az xəbər verir ki, Şimali Koreya qoşunlarının Rusiyadakı müharibəyə cəlb olunması münaqişənin gələcəyi ilə bağlı suallar yaradıb. İlkin hesablamalara görə, müharibədə 10 mindən çox Şimali Koreya əsgəri iştirak edib. Şimali Koreyanın hərbi dəstək baxımından ən yaxın müttəfiqindən nə istədiyi bəlli olub. ABŞ rəsmiləri bildiriblər ki, Rusiya işçi qüvvəsi dəstəyi müqabilində ən yaxın müttəfiqinə döyüş təyyarələri verəcək.








