RU
Şimali Koreya həbsdə olan ABŞ vətəndaşlarını sərbəst buraxdı
12:07
436

Şimali Koreya həbsdə olan ABŞ vətəndaşlarını sərbəst buraxdı

Şimali Koreya ABŞ-ın xarici işlər naziri Mayk Pompeonun ziyarətindən sonra həbsdə olan 3 Amerika vətəndaşını sərbəst buraxıb.

7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Donald Tramp Tvitter səhifəsində yazıb:

"Xarici işlər naziri Mayk Pompeonun hamının qarşılamaq üçün səbirsizləndiyi 3 cənabla dönüş yolunda olduğunu söyləməkdən qürur duyuram”.

 

Pxenyanın bu addımı Trampın Şimali Koreya lideri Kim Çen İnlə ilin sonuna planlaşdırılan görüşdən əvvəl atılmış müsbət addım kimi dəyərləndirilib. 

Amerika vətəndaşları olan Kim Hak-sonq, Toni Kim və Kim Donq-çul Şimali Koreya əleyhinə fəaliyyət göstərmələri səbəbindən həbs edilmişdilər. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ