7NEWS.az xəbər verir ki, Cənubi Koreya ilə müharibə astanasında olan Şimali Koreya dövlət himninin sözlərini dəyişib. Koreyada istifadə edilən ölçü vahidindən istifadə edilərək yazılan və bütün Koreya yarımadasını nəzərdə tutan "Üç minlik gözəl vətənim” ifadəsi himndən çıxarılaraq "Dünyada mənim gözəl vətənim” ifadəsi ilə əvəz edilib. Dəyişiklik Kim Çen Inın Cənubi Koreya ilə birləşmək məqsədindən əl çəkmə siyasətinin əlaməti kimi şərh edilib.
7NEWS.az








